Millimizin bayraqdarı seçildi

Digər, Cüdo
26 İyun 2021 - 07:45
Supersport.Az-ın məlumatına görə, cüdo üzrə Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Rüstəm Orucov Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyinin yekun qərarı ilə Tokio-2020-də milli komandamızın bayraqdarı seçilib. O, Yaponiya paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq.
Bu barədə jurnalistlərə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Rüstəm Orucov 2016-cı ildə Braziliyada keçirilən Olimpiya Oyunlarında gümüş medala sahib olub. Bayraqdar 2017 (Budapeşt) və 2019 (Tokio) -cu illərdə dünya çempionatının gümüş medalına layiq görülüb. Cüdoçumuz həmçinin 2016-cı ildə Kazan şəhərində baş tutan Avropa çempionatının qalibi olub. Rüstəm Orucov Minskdə keçirilən 2-ci Avropa Oyunlarında da gümüş medal qazanıb.

Digər xəbərlər