"Hamını utandırdıq, haqqınızı halal edin"

"Hamını utandırdıq, haqqınızı halal edin"
Futbol
21 İyun 2021 - 21:47
Türkiyə millisinin kapitanı Burak Yılmaz Bakıda Avro-2020-nin qrup mərhələsinin III turunda İsveçrəyə uduzduqları matçdan (1:3) sonra fikirlərini bölüşüb.

Supersport.Az xəbər verir ki, 35 yaşlı futbolçu qitə birinciliyi ilə erkən vidalaşmalarını belə şərh edib:

"Bu turnirə çox yaxşı hazırlaşdığımızı düşünürdük. Xəyallarımız çox fərqli idi. Bəlkə də özümüzü lazımsız stressə saldıq. Hər kəsdən üzr istəyirik, hamını utandırdıq. Haqqınızı halal edin. Niyyətimiz fərqli idi. Biz bura rekord qıraraq gəlmişdik. Bəlkə də artıq belə böyük turnirlərə getməyi bilirik, amma belə turnirlərdə oynamağı bacarmırıq. Hamımız çox üzgünük".

Digər xəbərlər