Mahir Emreli: “Legiya” azarkeşlərinə qələbələr bəxş etmək istəyirəm”

Mahir Emreli: “Legiya” azarkeşlərinə qələbələr bəxş etmək istəyirəm”
Futbol
22 İyun 2021 - 05:00
Supersport.Az-ın məlumatına görə, “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emreli maraqlı açıqlama verib.

Millimizin futbolçusu, seçim zamanı çətinliklə üzləşdiyini bildirib:

“Polşaya gəlməzdən əvvəl çox təkliflər almışdım, qərar vermək çətin idi.  “Qarabağ”la ardıcıl 7qat Azərbaycan çempionu olmuşdum. Mən daim iddialı komandada çıxış etmək istəmişəm. Buna görə də tarixi zəngin, köklü klub “Legiya”nı seçdim. Mənim üçün Avrokubok yarışında mübarizə aparacaq komanda da forma geyinmək vacib idi”.

Mahir Emreli, baş məşqçi Çeslav Mixneviç haqda müsbət fikirdədir:

“Baş məşqçi Mixneviç futbolçulara çox açıqdır. Bu mütəxəssisin qələbə mentaliteti var. O, komandanı daim inkişaf etdirir, qalibiyyətə inandırır, uğurlar qazanmaqda böyük rol oynayır. Üstəlik futbolçularla çox yaxşı ünsiyyət qurur, hamı onu sevir. Bu, oyunçular üçün çox vacibdir. Əlbəttə ki, meydan və kənarda nə etməyimiz mühümdür. Məşqçiylə ünsiyyət yüksəkdirsə, komanda meydanda canını qoyacaq”.

Forvard, “Hücumda digər forvardla oynamağı, yoxsa tək mübarizə aparmağı üstün hesab edirsən” sualını cavablandırıb:

“Bunu demək çətindir. Bu komandanın necə oynamasından asılıdır. “Qarabağ”da oynayanda hücumda tək oynamaq mənim üçün daha asan idi. Komandada yaxşı cinah oyunçular vardı, mənə effektli ötürmələr verirdilər. “Legiya”da bir az fərqli oynayırıq. Yoxlama oyununda iki hücumçuyla özümü rahat hiss etdim. Ancaq bu dediyim kimi vəziyyətdən asılıdır”.

Mahir, “Legiya” azarkeşlərinə qələbələr bəxş etmək istədiyini qabardıb:

“Bura gəlməmiş mən Varşava klubunun fanatlarının videogörüntüsünü izləmişəm. Bu ab-havada olmaq istəyirəm. “Legiya” azarkeşlərinin stadionda möhtəşəm addım atdığını eşitmişəm. Polşaya gəldiyim ilk gündən fanatlar qarşısında ilk oyunuma çıxıb qol vurub, qələbəni birlikdə qeyd etməyi arzulamışam. Bunu səbirsizliklə gözləyirəm. Ümumiyyətlə, azarkeşlərimizə qalibiyyətlər bəxş etmək istəyirəm”.

 

 

 

 

 

Digər xəbərlər