Mahir Emrelinin səhhətində problem

Mahir Emrelinin səhhətində problem
Futbol
21 İyun 2021 - 16:20


Supersport.Az-ın məlumatına görə, "Legiya"nın "Ferentsvaroş"a iki qolla məğlub olduğu oyunda Mahir Emrelinin matçda iştirak etməməsinin səbəbi məlum olub. "Qarabağ"ın keçmiş futbolçusunun bazu sümüyündə problem yarandığı üçün qarşılaşmanı buraxıb. Mahir vəziyyəti yaxşılaşdığından bu gün səhər Polşa klubunun məşqinə qatılıb.

Komanda ikitərəfli oyun keçirib. Mahir "Bənövşəyi" formada "Sarı"lara qarşı mübarizə aparıb.

Xatırladaq ki, Avstriyanın 3-cü liqa təmsilçisi "Bisşofşofen"lə yoxlama oyununda "Legiya"nın 5 qolla qalib gəldiyi oyunda Mahir Emreli 3 qol vurub.

 

Digər xəbərlər