Türkiyə millisində Bakıda dava

Türkiyə millisində Bakıda dava
Futbol
21 İyun 2021 - 15:08
Avro-2020-də uğursuz çıxış edərək turnirlə erkən vidalaşan Türkiyə millisinin düşərgəsində xoşagəlməz anlar yaşanıb.

Supersport.Az xəbər verir ki, Bakıda İsveçrə yığması ilə keçirilən görüşün son məşqi zamanı futbolçular arasında dava düşüb.

Halil Dərvişoğlu ilə Enes Ünal arasında mübahisə yaranıb. Daha sonra isə futbolçular əlbəyaxa olublar. Onları komanda yoldaşları ayırıb. Halil onu sakitləşdirmək istəyən Cengiz Ündərlə də mübahisə edib. Komandanın çalışdırıcısı Şenol Güneş Halil və Enesi bu səbəbdən İsveçrə ilə dünənki qarşılaşmada meydana buraxmayıb.

Xatırladaq ki, A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi xal qazanmadan yarışda mübarizəni dayandırıb.

Digər xəbərlər