“Qarabağ”ın güclənmək planı

“Qarabağ”ın güclənmək planı
Futbol, Eksklüziv
21 İyun 2021 - 14:57
Supersport.Az-a daxil olan məlumata görə, “Qarabağ” heyətini gücləndirməyə davam edəcək.

Ağdam təmsilçisinin bütün mövqelərinin qüvvətlənməyə ehtiyacı var. Bu istiqamətdə işlər sürətləndirilib. Yaxın müddətdə komandanın daha bir transferini reallaşdıracağı gözlənilir.

“Qarabağ” bir müddət əvvəl braziliyalı futbolçu Kady Yuri Borges Malinovskiylə 2+1 illik müqavilə imzalayıb. O, komandada 20 nömrəli formanı geyinəcək.

25 yaşlı yarımmüdafiəçi Braziliyanın “Koritiba” klubunun yetirməsidir. Kady Yuri Borqes Malinovski 2019-cu ilə qədər bu komandada çıxış edib.

Bakı hazırlığının ardından Avstriyaya yollanacaq “Qarabağ”ın düşərgəsinə sınaqdan keçiriləcək yeni futbolçular gətiriləcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparacaq “Qarabağ”ın rəqibi “Aşdod”dur. İlk oyun iyulun 22-də Bakının Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Digər xəbərlər