"Zirə"nin hazırlıq planı

"Zirə"nin hazırlıq planı
Futbol
17 İyun 2021 - 15:22
 

“Zirə” PFK-nın mövsümlərarası hazırlıq planı məlum olub.


Supersport.Az xəbər verir ki, komandamız iyunun 24-də çalışmalara start verəcək. Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. "Zirə" bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 18 iyul - 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Digər xəbərlər