“Legiya” “Neftçi”ylə oynamaqdan imtina etdi

“Legiya” “Neftçi”ylə oynamaqdan imtina etdi
Futbol
08 İyun 2021 - 17:23
Supersport.Az-ın məlumatına görə, “Legiya” “Neftçi” ilə yoxlama oyunu keçirməkdən imtina edib.

Varşava təmsilçisinin saytında verilən xəbərdə buna səbəb hər iki komandanın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bir-birlərinə rəqib ola bilmə ehtimalı göstərilib.

Qeyd edək ki, “Legiya” daha əvvəl rəsmi saytı vasitəsilə iyunun 20-də “Neftçi” ilə yoxlama matçı keçirəcəyini açıqlamışdı.

Digər xəbərlər