Moldova millimizi udub 20 oyunluq uğursuzluğa son qoydu

Moldova millimizi udub 20 oyunluq uğursuzluğa son qoydu
Futbol
06 İyun 2021 - 21:52
Futbol millimiz təlim-məşq toplanışı çərçivəsində sonuncu - 3-cü yoldaşlıq oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Canni De Byazinin komandası səfərdə Moldova yığması ilə qarşılaşıb.

Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Millimiz rəqibinə məğlub olub. Moldovalılar 20 oyunluq qələbəsizlik seriyasına son qoyublar.

Maraq üçün qeyd edək ki, Moldova yığmasına "Neftçi"nin sabiq baş məşqçisi, De Byazinin həmvətəni olan italiyalı Roberto Bordin başçılıq edir.

Bundan əvvəl Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan millimiz eyni hesabla Belarusa qalib gəlib.

6 iyun

Yoldaşlıq oyunu

20:00. Moldova - Azərbaycan - 1:0


Qol: Vitalie Damaşkan, 8

Baş hakim: Marian Aleksandr (Rumıniya)

Kişinyov, "Zimbru" stadionu

Digər xəbərlər