Cüdoçularımız dünya çempionatında

Cüdoçularımız dünya çempionatında
Digər, Cüdo
06 İyun 2021 - 03:00
Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı başlanır.


Supersport.Az-ın məlumatına görə, Olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək.


Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.


Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcəklər.




İyunun 6-dan 13-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.


Nüfuzlu yarışda iştirak edəcək Azərbaycan təmsilçilərinin rəqibləri məlum olub.


Kişilər

60 kq

I mərhələ

Davud Məmmədsoy - Romarik Vend-Yam Buda (Fransa)

Kəramət Hüseynov - Mohammad Raşnonezad (İJF)

66 kq

I mərhələ

Orxan Səfərov – Naton Barns (İrlandiya)

Nicat Şıxəlizadə - Lusien Bors Dumitresku (Rumıniya)

73 kq

I mərhələ

Nurlan Osmanov – Tommy Maçias (İsveç)

Hidayət Heydərov - Ayton Siquie (Mozambik)

81 kq

I mərhələ

Zelim Tskayev - Terens Kouamba (Qabon)

II mərhələ

Murad Fətiyev – Elliott Konnoli (Yeni Zelandiya)

100 kq

II mərhələ

Elmar Qasımov – Boris Georgiyev (Bolqarıstan)



Qadınlar

48 kq

II mərhələ

Leyla Əliyeva – Sabina Gilyazova (RJF)

Aişə Qurbanlı – Julia Fiqueroa (İspaniya)

52 kq

I mərhələ

Gültac Məmmədliyeva – Tatyana Levitska Şukvani (Gürcüstan)




Digər xəbərlər