Avropa Liqasında finalçılar müəyyənləşdi

Futbol
07 May 2021 - 01:01
Avropa Liqasında yarımfinal mərhələsi başa çatıb.

Supersport.Az xəbər verir ki, “Mançester Yunayted” ilk oyunda 6:2 hesabı ilə qalib gəldiyi “Roma”nın qonağı olub. Meydan sahibləri bu görüşdə 3:2 hesabı ilə qalib gəlib. Ancaq iki oyunun nəticəsinə əsasən, "Mançester Yunayted" finala adlayıb.

Yarımfinalın digər görüşü İngiltərədə keçirilib. “Arsenal” ilk oyunda 1:2 hesabı ilə uduzduğu “Vilyarreal”ı qəbul edib. Qarşılaşmada hesab açılmayıb və bu nəticə qonaqları finala yüksəldib.

Beləliklə, finalda "Mançester Yunayted" və "Vilyarreal" klubları qarşılaşacaqlar. Görüş mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

Avropa Liqası, yarımfinal mərhələsi, cavab oyunları

6 may

23:00 "Arsenal" (İngiltərə) – "Vilyarreal" (İspaniya) - 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:2

23:00 "Roma" (İtaliya) – "Mançester Yunayted" (İngiltərə) - 3:2

Qollar: Edin Ceko, 57, Brayan Kristante, 60, Nikola Zalevski, 83 - Edinson Kavani, 39, 68
Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 2:6.

Digər xəbərlər