Azərbaycan Premyer Liqasının oyunları sükutla başlayacaq

Azərbaycan Premyer Liqasının oyunları sükutla başlayacaq
Futbol
01 May 2021 - 14:53
Futbol üzrə Azərbaycan Premyer Liqası və I Divizionunun oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Supersport.Az PFL-ə istinadən xəbər verir ki, bu, gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi ilə bağlıdır.

Bunu nəzərə alan Peşəkar Futbol Liqası hər iki yarışın, müvafiq olaraq, XXV və XXIV turlarının 1 dəqiqəlik sükutla başlanmasını qərara alıb.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Digər xəbərlər