Qurban Qurbanov: "Qarabağ"da xahişlə oynamırlar" - Video

Qurban Qurbanov: "Qarabağ"da xahişlə oynamırlar" - Video
Futbol, Video
30 Aprel 2021 - 02:00


Supersport.Az Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sumqayıt"a məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.


O, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Rəqibi təbrik edirəm. Maraqlı oyun alındı. Futbolçularımdan razı qaldım. Son vaxtlarda çox yüklənmişik. Futbolçulara irad bildirmək də istəmirəm. Çox əziyyət çəkir, yorulurlar. Qarşıda vacib oyunlarımız var. Onları bu matçlara hazırlamalıyıq.

- Penalti seriyasında Mahir özü vurmaq istəmədi, yoxsa...

- Əvvəlcədən yazmışdıq. Şahruddini də 8-ci yazmışdım. 9 olsaydı, Mahir vuracaqdı.

- Mahir və Zubir nə üçün ilk dəqiqələrdən meydanda deyildi?

- Mahir zədədən yeni çıxıb. O 30 dəqiqə oynaya bilərdi. Əlavə vaxtların onun üçün artıq olacağını düşünürdüm. 60 dəqiqəyə yaxın oynadı. Bəzi oyunçuları qoruyub saxlamalı idik. Bəzi futbolçular var idi ki, istəməzdim 90 dəqiqə meydanda qalsınlar.

- Şahruddin özü oynamaq istədi, yoxsa meydana çıxmaq üçün xahiş etmişdi?

- Bizdə xahişlə oynamırlar. Hazırlığı pis deyildi, məşqlərini edirdi. Onun uzun müddət kənarda qalmasını istəmirdim.

- Qaçırılan penaltidə topun xətti keçdiyini düşünmürsünüz?

- Qol olsaydı, yəqin ki, verərdilər. Oyun epizodu olsa, bir az şübhə yarana bilərdi. Ancaq orda yan hakimi xəttin yanında idi. Fikir bildiriləsi epizod deyildi.


 Anar Cəfərsoy

Digər xəbərlər