"Qarabağ" güclülər, "Neftçi" zəiflər sırasında

"Qarabağ" güclülər, "Neftçi" zəiflər sırasında
Futbol
29 Aprel 2021 - 01:40



Avropa Liqalarında mövsüm sona yaxınlaşdıqca qitəmiqyaslı yarışların iştirakçıları da müəyyənləşir.

Artıq bəzi ölkələrin çempionları, Çempionlar Liqası təmsilçiləri məlum olub.

Supersport.Az xəbər verir ki, növbəti mövsüm bu turnirin I təsnifat mərhələsində yarışacaq 16 klubun adı dəqiqləşib. Son olaraq Şimali Makedoniya çempionu "Şkendiya" bu siyahıya qoşulub. Onlar həm də bu raunddan mübarizəyə başlayacaq Azərbaycan çempionunun potensial rəqibləridir.

16 klubun 4-ü səpələnmişlər, 3-ü səpələnməmişlər səbətində yer alıbsa, 9-nun mövqeyi qeyri-müəyyəndi. Azərbaycanda çempionun adı məlum olmadığından gələcək ÇL təmsilçimiz də hələlik sonuncuların sırasındadır. Əgər “Qarabağ” vəsiqə qazansa, bu mərhələdə ən yüksək reytinqlilərdən olacağı üçün səpələnmişlər sırasında yer alacağı dəqiqdir. “Neftçi” isə aşağı reytinqlidir. və çempion olacağı təqdirdə səpələnməmişlər sırasında qərarlaşacaq.

Çemponlar Liqası (2021/22)


I təsnifat mərhələsi

Səpələnmişlər
: “Olimpiakos” (Yunanıstan), “Malmö” (İsveç), Serbiya çempionu (18,000 – 32,500), “Ferensvaroş” (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya)
Səpələnməmişlər: "Valyur" (İslandiya), “Bude Qlimt” (Norveç), “Hamrun Spartans” (Malta)

Qeyri-müəyyənlər: “Dinamo” (Tbilisi, Gürcüstan), “Jalgiris” (Litva), “Flora” (Estoniya”), “Buduçnost” (Monteneqro), “Kayrat” (Qazaxıstan), “Helsinki” (Finlandiya), “Riqa” (Latviya), “Şaxtyor” (Saliqorsk, Belarus), “Şamrok Rovers” (İrlandiya), Azərbaycan çempionu (3,375 – 21.000).

 


Digər xəbərlər