Azərbaycanda ən sürətli het-trik müəllifi

Azərbaycanda ən sürətli het-trik müəllifi
Futbol
26 Aprel 2021 - 16:46
Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb.

Supersport.Az xəbər verir ki, “Qarabağ”ın hücumçusu ən sürətli het-trik müəllifi olub.

O, Premyer Liqanın 24-cü turunun “Qəbələ” ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.

Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/06 mövsümünün 2006-cı il martın 11-də keçirilən matçında fərqlənib. Nəbiyev “Neftçi”nin MOİK-lə ev görüşündə (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.

Qeyd edək ki, 2018/19 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.(pfl.az)

Digər xəbərlər