"Neftçi"nin prezidenti tənqid hədəfində: "O keçəl yan xətt hakiminin "dolya"sını niyə çatdırmadınız?"

"Neftçi"nin prezidenti tənqid hədəfində: "O keçəl yan xətt hakiminin "dolya"sını niyə çatdırmadınız?"
Futbol
26 Aprel 2021 - 15:20
Azərbaycan Premyer Liqasının 24-cü turunda "Neftçi"nin "Sabah"la oyundakı (2:2) çıxışı azarkeşlərini qəzəbləndirib.

Supersport.Az xəbər verir ki, "ağ-qaralar"ın ən böyük azarkeş qrupu "Forza Neftçi" sosial şəbəkədə bu barədə paylaşım edib.

Fanatlar bu oyunu biabırçılıq adlandırıb və klub rəhbərliyindən çempionluq tələb ediblər:

"Bu oyunla çempionluqdan danışmaq bizim üçün belə ayıbdır. O keçəl yan xətt hakiminin "dolya"sını niyə çatdırmadınız? Keysuke Hondanı reklam üçün gətirmisizsə, geriyə yola sala bilərsiniz. Talisson Diaz, Stiven Monroz, Anton Krivotsyuk öz oyunları ilə bizim formaya layiq futbolçular deyil.

Deyəsən, ölkədə karantindir deyə Kamran bəy ("Neftçi"nin prezidenti Kamran Quliyev) yenə rahatlaşıb. Biz tribunaya gələ bilmiriksə, o demək deyil ki, sözümüzü çatdıra bilməyəcəyik. Mövsümün sonunda çempionluq gəlməsə, yenə üz-üzə gələcəyik. Bu da burda qalsın. Ya bu oyunlardan sonra nəticə çıxardın, ya da biz başqa formada söhbət edəcəyik".

"Neftçi" "Sabah"la matçda növbəti xal itkisi ilə üzləşib. Rəqibin 8 nəfərlə qalmasına baxmayaraq, Samir Abasovun komandası 2:2 hesabıyla kifayətlənib.

Digər xəbərlər