Qurban Qurbanov: “Mahir məndən incimişdi”

Qurban Qurbanov: “Mahir məndən incimişdi”
Futbol
25 Aprel 2021 - 19:17
Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən "Qəbələ" - "Qarabağ" oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Supersport.Az xəbər verir ki, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Hesab 5:0 olsa da, rəqib haqda xoş sözlər deməliyəm. “Qəbələ” rəqiblərindən çəkinmir, məzmunlu oynayır. Buna görə də, Elmar Baxşıyevi təbrik edirəm. İkinci hissədə əlimizə düşən qol epizodlarını dəyərləndirdik. Futbolçularımı təbrik edirəm.

- Patrik Andrade və Bədavi Hüseynovun durumu necədir?

- Andrade ola bilsin ki, sabahdan kollektivlə birgə çalışsın. Bədavi “Sumqayıt”la oyundan sonra arxa əzələsində ağrı hiss etmişdi. Bu nahiyə problemlidir. O, fərdi hazırlaşır. Həkimlərin qərarından asılı olacaq.

- İlk hissə ilə ikinci hissənin fərqini izah edərdiniz...

- Qol vurmağı bacaran futbolçuların meydanda olması böyük üstünlükdür. İlk hissədə bir neçə qol epizodumuz oldu. Rəqib də diqqətli idi. Futbolda bəzən belə şeylər olur.

- Mahir penaltini vurmağı özü istədi?

- Bizim penalti vuranımız Uroş Matiçdir. O da meydanda yox idi. Filip Ozobiç də zədəlidir. Ötən illərdə Dabo ilə bombardirlik yarışında olan Mahir penalti istəmişdi, amma icazə verməmişdim vurmağına. İncimişdi hətta, amma sonradan "Neftçi"yə 2 qol vurdu.

Digər xəbərlər