“Qarabağ”ın çempionluğu asanlaşdı, “Neftçi”yə ağır zərbə

“Qarabağ”ın çempionluğu asanlaşdı, “Neftçi”yə ağır zərbə
Futbol
25 Aprel 2021 - 21:59
Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, bütün görüşlər eyni gündə oynanılıb.

“Qəbələ" doğma meydanda lider "Qarabağ"ı qəbul edib və 0:5 hesabı ilə uduzub.

"Səbail" səfərdə "Keşlə" ilə üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olub.

"Neftçi" "Sabah"ın qonağı olub. "Sabah" 8 nəfərlə qaldığı oyundan bir xalla ayrıla bilib - 2:2.

Günün son qarşılaşmasında isə "Zirə" evdə "Sumqayıt"ı sınağa çəkib. Matç qolsuz bərabərliklə başa çatıb.

25 aprel (bazar)

20:00. “Zirə” – “Sumqayıt” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Qarabağ” - 0:5
Qollar: Xayme Romero, 64, Qara Qarayev, 68, Mahir Emreli, 87, 89, 90+1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu
Reallaşdırılmayan penalti: Mahir Emreli, 90+4 - "Qarabağ" (qapıçı penaltini dəf edib)
Qəbələ şəhər stadionu

18:00. “Keşlə” –“Səbail” - 1:0
Qol: Rəhman Hacıyev, 51
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“ASK Arena”

19:15. “Sabah” – “Neftçi” - 2:2
Qollar: Təmkin Xəlilzadə, 24 (1:0), Ramil Şeydayev, 29 (2:0), Namiq Ələsgərov, 36-pen (2:1), 60-pen (2:2)
Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 58-iki sarı vərəqə ("Sabah"), Filip İvanoviç, 86-iki sarı vərəqə ("Sabah"), Təmkin Xəlilzadə, 88-iki sarı vərəqə ("Sabah")
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”









  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Qarabağ24148257-1650
2Neftçi24145538-2547
3Sumqayıt2489728-2833
4Zirə24712524-2533
5Qəbələ24591020-3824
6Keşlə24411922-3323
7Sabah24571222-3122
8Səbail24491120-3521




Bombardirlər:

Namik Ələskərov ("Neftçi") - 18 qol
Mahir Emreli ("Qarabağ") - 16 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol

Rəhim Sadıxov ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol

Digər xəbərlər