“Peres, sus, danışma” - türk futbolçudan sərt cavab

“Peres, sus, danışma” - türk futbolçudan sərt cavab
Futbol
23 Aprel 2021 - 06:53

Supersport.Az-ın məlumatına görə, Türkiyə futbolunun tanınmış simalarından olan Nihat Kahveci, “Real Madrid”in prezidenti Florentino Peresə sərt cavab verib.


”Real Sosyedad”da oynadığı vaxtda 1 xalla çempionluğu qaçırdıqlarını xatırlayan veteran forvard, Madrid klubunda Peresin türkiyəli oyunçulara hörmətsizlik etdiyini bildirib.

"Peres, bəsdir, sus. Danışdıqca sanki quyunun dibinə batırsan. Çempionluğu 1 xalla üstün əldə edən zaman titrəyəndə kimin qollarından çəkinirdin Peres? Türkiyə Superliqasının adını çəkəndə diqqətli ol, hörmət et. “Real Madrid”də neçə Türk futbolçu oynadı?”

Qeyd edək ki, F.Peres təşkil etmək istədikləri Avropa Superliqası haqda açıqlamasında Türkiyə futbolunun əleyhinə danışıb:

“Hər şeyə açığıq. Ancaq kiçik liqadan, Türkiyədən bir komanda yarışda iştirak etmək istəsə, problem olar. Çünki pul böyük oyunlardan, güclü rəqabətdən qazanılır”.

 

 

Digər xəbərlər