“Zirə” uddu, “Qarabağ”dan heç-heçə

“Zirə” uddu, “Qarabağ”dan heç-heçə
Futbol
21 Aprel 2021 - 22:37
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Supersport.Az xəbər verir ki, yarımfinalın hər iki görüşü bu gün keçirilib. Əvvəlcə "Keşlə" "Zirə"ni qəbul edib və 1:2 hesabı ilə uduzub. Digər matçda isə "Qarabağ" "Sumqayıt"ın qonağı olub və qolsuz bərabərə qalıb.

Bu mərhələnin cavab oyunları aprelin 29-u keçiriləcək.

21 aprel
20:30. “Sumqayıt” – “Qarabağ” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Kapital Bank Arena

18:30. “Keşlə” – “Zirə” - 1:2
Qollar: Sadio Tounkara, 45+2 (1:0), Rodriqo Bonqonqui, 57 (1:1), Nemanya Andelkoviç, 62 (1:2)
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
ASK Arena

Digər xəbərlər