Çempionlar Liqasında yeni format

Çempionlar Liqasında yeni format
Futbol
19 Aprel 2021 - 14:46
UEFA Çempionlar Liqasının formatını dəyişib.

Supersport.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında bununla bağlı qərar qəbul edilib.

2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı 32-dən 36-yə yüksəldiləcək. Həmin vaxta qədər isə yarış indiki formatda davam edəcək. 36 komandadan 2-si yarışa Wild Card sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.

Yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.

Süleyman Kərimov

Digər xəbərlər