12 klubdan üsyan - FİFA, UEFA-dan kəskin etiraz

12 klubdan üsyan - FİFA, UEFA-dan kəskin etiraz
Futbol
19 Aprel 2021 - 00:58

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, 12 nəhəng klub Avropa Superliqasına qatılmaq üçün rəsmi addım atmağa hazırlaşır.


"Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" bu sıradadır. Sözügedən klublar bir müddətdir ki, çempionatın loqosunu hazırlatdırmaq üzərində də işlər görürlər.
UEFA isə belə bir turnririn yaradılmasına qarşıdır. Hətta qitənin ali futbol qurumu bu klublara qarşı sanksiya da tətbiq edə bilər. İddialara görə, klublar növbəti mövsüm Avrokuboklardan kənarlaşdırılacaqlar. Avropa Superliqasının startı isə 2022-ci il üçün planlaşdırılır. Turnirə Fransa və Almaniya təmsilçiləri qatılmayacaq.

UEFA 12 nəhəng klubun Avropa Superliqasına qatılacaqlarını rəsmi elan edəcəkləri ilə bağlı məlumatlar haqda açıqlama yayıb.

"Bir neçə İngiltərə, İspaniya və İtaliya klublarının qapalı qondarma Superliqanın yaradılacağını elan etməyi planlaşdırdıqlarını öyrəndik. Bu baş verərsə, təkrarlamaq istəyirik ki, biz bütün qitələrin futbol qurumları və üzv olan assosasiylalar bu qəribə layihənin qarşısını almaq üçün səylərimizi birləşdirəcəyik. Cəmiyyətin həmrəyliyə həmişəkindən daha çox ehtiyac olduğu bir zamanda bir neçə klubun şəxsi maraqlarına əsaslanan bir layihə təşkil edir. Bunun baş verməməsi üçün bütün səviyyələrdə - həm məhkəmə, həm də idmanda əlimizdən gələni edəcəyik. Ədalətli rəqabət və idman dəyərləri futbolun mərkəzindədir və başqa bir yol ola da bilməz. UEFA və digər altı federasiya tərəfindən əvvəlcədən bildirildiyi kimi, bu məsələ ilə əlaqədar klubların milli, Avropa və ya qlobal səviyyədə digər yarışlarda iştirakı qadağan ediləcək. Başqa ölkələrdəki klublara, xüsusilə də qatılmaqdan imtina edən Fransa və Almaniya klublarına təşəkkür edirik.

Bütün futbol azarkeşlərini və siyasətçiləri bu layihə ilə mübarizədə bizə qoşulmağa çağırırıq. Bir qrup insanın bu davamlı mənfəət güdməsi çox uzun sürdü. Hər şeyin bir həddi olmalıdır".

FİFA da yaydığı məlumatda günahkar klublarla futbolçuların yarışlardan kənarlaşdırılacağını bəyan edib.

Avropa Superliqasında 20 klubun iştirakı nəzərdə tutulur. 15 komanda daim yarışacaq, 5-i isə dəyişəcək. Klublar iki qrupda, hər birində 10 kollektiv olmaqla mübarizə aparacaq. İlk 4 yerin sahibi növbəti mərhələyə vəsiqə qazanacaq. Hər komanda qrupda 18 oyun keçirəcək.

15 klub hər mövsüm 4 milyard avroluq büdcədən 3.5 milyardı bölüşdürəcək. Digər 5 komandanın hər birinə ən azı 100 milyon avro veriləcək.

UEFA isə Çempionlar Liqası, Avroliqa, Superkubok və Konfrans Liqası üçün 3.25 milyard avroluq anlaşmaya nail olub.

 

Digər xəbərlər