Avroliqada yarımfinalçı komandalar

Avroliqada yarımfinalçı komandalar
Futbol
16 Aprel 2021 - 00:57
Bu gün Avropa Liqasında bütün yarımfinalçıların adına aydınlıq gəlib.

Supersport.Az xəbər verir ki, 1/4 finalda 4 cavab matçının hamısı 23:00-da başlayıb. "Arsenal" "Slaviya"ya, 4:0,"Mançester Yunayted" "Qranada"ya 2:0, "Vilyarreal" isə "Dinamo"ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala  yüksəlib. "Roma" isə "Ayaks"la bərabərə qalıb - 1:1. İlk görüşdə 2:1 hesablı qələbə qazanan İtaliya təmsilçisi iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə adını yazdırıb.

Yarımfinalda "Mançester Yunayted" "Roma" ilə, "Arsenal" isə "Vilyarreal" ilə qarşılaşacaq. Bu mərhələnin qarşılaşmaları 29 aprel - 6 mayda olacaq.

UEFA Avropa Liqası, 1/4 final, cavab oyunları

15 aprel

23:00. "Vilyarreal" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
Qollar: 
Pako Alkaser, 36, Jerar Moreno, 43 - Mislav Orşiç, 74
İlk oyun - 1:0

23:00. "Roma" (İtaliya) - "Ayaks" (Niderland) - 1:1
Qollar: 
Edin Ceko, 72 - Brayan Brobbi, 49
İlk oyun - 2:1

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Arsenal" (İngiltərə) - 0:4
Qollar:
 Emil Smit-Rou, 14, Aleksandr Lyakazett, 21-pen, 77, Bukayo Saka, 24
İlk oyun - 1:1

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Qranada" (İspaniya) - 2:0
Qollar
: Edinson Kavani, 6, Xesus Valyexo, 90-avtoqol
İlk oyun - 2:0

Digər xəbərlər