Millimizdən dünya reytinqində geriləmə

Millimizdən dünya reytinqində geriləmə
Futbol
07 Aprel 2021 - 17:11



FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan millisi 2 pillə geriləyərək, 110-cu sırada qərarlaşıb.

Milli martda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya 0:1, Serbiyaya 1:2, yoldaşlıq görüşündə isə Qətərə 1:2 hesabıyla uduzub.

Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya yığması 5-ci, Serbiya 25-ci, Lüksemburq 96-cı, İrlandiya isə 47-ci pillədə yer alıb.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.


Digər xəbərlər