Çempionlar Liqasında 1/4 final mərhələsinin lk oyun günündə iki qarşılaşma keçirilib.
Supersport.Az xəbər verir ki, “Mançester Siti” evdə Dortmund “Borussiya”sını sınağa çəkib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçı İspaniyada keçirilib. Madrid “Real”ı “Liverpul”la üz-üzə gəlib. “Kral klubu” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
23:00. “Real Madrid” – “Liverpul” (İngiltərə) – 3:1
Qollar: Vinisius, 27, 65, Asensio, 36, – Salah, 51
23:00. “Mançester Siti” – “Borussiya” (Almaniya) – 2:1
Qollar: De Bruyne, 19, Foden, 90 – Roys, 84