"AFFA çempionatın formatını dəyişməyə çalışır" - millimizin baş məşqçisi - Video

"AFFA çempionatın formatını dəyişməyə çalışır" - millimizin baş məşqçisi - Video
Futbol, Video
01 Aprel 2021 - 21:05
Supersport.Az DÇ-2022-nin seçmə mərhələsində serblərə məğlubiyyətin ardından millimizin baş məşqçisi Canni De Byazinin bəzi fikirlərini videogörüntüyə alıb. İtaliyalı mütəxəssis saytımızın iki sualıyla bağlı danışıb.


"İstədiyiniz komandanı formalaşdırmaq və final mərhələsinə daşımaq üçün nə qədər vaxt lazımdır" sualını baş məşqçi belə cavablandırıb:

"İstəyirsən, sənə deyim, Albaniya yığması ilə nə qədər vaxt lazım oldu? 4 il. İlk iki il komandanı qurduq, sonra Avropa çempionatına vəsiqə qazandıq. Danimarka, Serbiya, Ermənistanı geridə qoyduq. Qrupumuzda Portuqaliya da vardı".

"Vaxtilə Azərbaycan çempionatda 26 komanda olub, lakin indi 8 klubdur. De Byazi klubların sayının artırılması üçün AFFA rəhbərliyinə fikirlərini bildiribmi" sualından sonra italiyalı mütəxəssis deyib:

"Hazırda federasiya əlindən gələni edir ki, çempionatın formatı dəyişsin. Daha çox oyunçunun olması bizim üçün də faydalıdır. Bizim Avropada yaxşı səviyyədə oynayan futbolçumuz azdır. Diqqətimizi yerli və cavan futbolçulara yönəldirik".

Anar Cəfərsoy

Digər xəbərlər