Ronaldonun təmiz qolu sayılmadı: kapitan sarğısını yerə çırpdı - Video

Ronaldonun təmiz qolu sayılmadı: kapitan sarğısını yerə çırpdı - Video
Futbol, Video, Foto
28 Mart 2021 - 02:44
DÇ-2022-nin seçmə mərhələsinin millimizin yer aldığı A qrupunda keçirilən Serbiya – Portuqaliya matçının sonu qalmaqalla yadda qalıb.



Supersport.Az xəbər verir ki, qonaqların kapitanı Kriştiano Ronaldo matçın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə qol vursa da, hakim bunu qeydə almayıb.


Futbolçunun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Ronaldo və komanda yoldaşları etiraz bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli qərarını dəyişməyib. Ronaldo hakimə sərt şəkildə qəzəblənib və buna görə də sarı vərəqə ilə cəzalandırılıb. 36 yaşlı futbolçu bundan sonra kapitan sarğısını yerə çırpıb.

Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb.

Digər xəbərlər