“Azərbaycanla oyuna tam hazırıq”

“Azərbaycanla oyuna tam hazırıq”
Futbol
26 Mart 2021 - 21:20
Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Qətər - Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Qətər milli komandasının baş məşqçisi Feliks Sançez və komandanın üzvü Sadd Al Sheeb fikirlərini bildirib.
Feliks Sançez deyib:


“Qrupda keçirəcəyimiz hər bir oyun bizim üçün əhəmiyyətlidir. Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik. Xüsusən, fiziki cəhətdən daha yaxşı təsir bağışlayırlar. Ancaq hər oyunun ssenarisi eyni olmur. Bizi çətin oyun gözləyir. Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər bir oyun bizə əlavə təcrübə qazandıracaq. Düşünürəm ki, ilk oyunda – Lüxsemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz oyuna tam hazırıq. Bu cür oyunlar heyətdə eksperiment aparmaq baxımından məşqçilər üçün də bir fürsətdir”.


Sadd Al Sheeb açıqlamasında bu sözləri söyləyib:


“Lüksemburq yığması ilə oyunda mənə şans verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Hər zaman milli komanda üçün ən yaxşısını etməyə çalışmışam. İlk oyunda uğurlu çıxış etməyimdə komanda yoldaşlarımın da köməkliyi oldu”.

Digər xəbərlər