“Fənərbağça” baş məşqçini qovdu

“Fənərbağça” baş məşqçini qovdu
Futbol
26 Mart 2021 - 01:03
Türkiyənin “Fənərbağça” klubu baş məşqçisi Erol Bulutu istefaya göndərib.


Supersport.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Xəbərdə mövsümün əvvəlindən bu komandanı çalışdıran mütəxəssislə yolların qarşılıqlı razılıq əsasında ayrıldığı diqqətə çatdırılıb.


Klubun yaydığı məlumatda o da qeyd olunub ki, “Fənərbağça”nı mövsümün qalan hissəsində Emre Belözoğlu çalışdıracaq. Hansı ki, o, bu klubda idman direktoru kimi fəaliyyət göstərirdi.


Qeyd edək ki, “Fənərbağça” bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 59 xal toplayıb və 3-cü pillədə qərarlaşıb. İstanbul təmsilçisi ehtiyatda bir oyunu olan lider “Beşiktaş”dan 5, ikinci pillədəki “Qalatasaray”dan isə 2 xal geri qalır.

Digər xəbərlər