“Yuventus”da qalmaqal

“Yuventus”da qalmaqal
Futbol
23 Mart 2021 - 23:48
Supersport.Az-ın məlumatına görə, “Benevento”ya məğlubiyyətin ardından “Yuventus”un prezidenti Andrea Aqnelli qəzəblənib.

Klub rəhbərinin baş məşqçi Andrea Pirloya qışqırdığı haqda xəbər yayılıb. Prezident çətinliklə sakitləşdirilib.

“Yuventus” uğursuzluğu davam etdirəcəyi təqdirdə, baş məşqçiylə yolların ayrılacağı gözlənilir.

“Etiraz etmək üçün hər zaman yumruq vurmaq məcburiyyətində deyilsiniz. Məğlubiyyət gözlənilməz oldu. Qarşıda uzun müddət var ki, ən yaxşı şəkildə hazırlaşaq” - deyə, Pirlo bildirib.

Digər xəbərlər