“Azərbaycanla oyunda bütün gücümüzü qoymasaq, problem olacaq”

“Azərbaycanla oyunda bütün gücümüzü qoymasaq, problem olacaq”
Futbol
23 Mart 2021 - 16:51
“Azərbaycanla oyunda favorit olmağımızla razıyam”.

Supersport.Az xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş belə deyib.

Təcrübəli mütəxəssis DÇ-20222-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə sabahkı matçına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb:

“Amma həmişə olduğu kimi rəqibə hörmətlə yanaşmasaq, oyuna yaxşı köklənməsək və bütün gücümüzü qoymasaq, problemlərimiz yarana bilər. Nəzəri cəhətdən hər şey gözəldir. Amma xallar meydanda qazanılır”.

Sabah İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda baş tutacaq Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər xəbərlər