Azərbaycanın Portuqaliyayla oyununun hakimləri

Azərbaycanın Portuqaliyayla oyununun hakimləri
Futbol
22 Mart 2021 - 18:22
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununun təyinatları açıqlanıb.

Supersport.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Oyun Almaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın referisi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək oyun matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Digər xəbərlər