BOK-un prezidenti seçildi

BOK-un prezidenti seçildi
Olimpiya, Digər
11 Mart 2021 - 02:09
Tomas Bax ikinci dəfə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti seçilib.

Supersport.Az xəbər verir ki, seçki IOC-un 137-ci Sessiyasında baş tutub. 93 nəfər onun lehinə, bir nəfər isə əleyhinə səs verib.

T.Bax bu posta yeganə namizəd olub. O, növbəti 4 il müddətində quruma rəhbərlik edəcək.

Qeyd edək ki, T.Bax 2013-cü ildən IOC-un prezidentidir.

Digər xəbərlər