“Bu qələbəni unutduq, qarşıdakı oyunu düşünürük”

“Bu qələbəni unutduq, qarşıdakı oyunu düşünürük”
Futbol
10 Mart 2021 - 18:31
"Matça yaxşı köklənmişdik. Çətin oyun olacağını bilirdik. Həftə ərzində özümüzü motivasiya etmişdik. Qələbə qazandığımız üçün çox sevinirəm".

Supersport.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XIX turunun oyunu barədə danışarkən deyib.

Vurduğu qoldan da söz açan Kabo-Verdedən olan yarımmüdafiəçi komandasının qələbəsində pay sahibi olduğu üçün sevindiyini bildirib:

"Aktivimizə növbəti 3 xalı yazdırdıq. Yaxşı oynadığımızı düşünürəm. Vurduğum qol komandamızın rahatlaşması və inamlı qələbə üçün müsbət oldu. Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm. "Zirə" ilə oyun keçmişdə qaldı, indi "Sabah"la matçı düşünürük".

Qeyd edək ki, Patrik Andrade matçın 32-ci dəqiqəsində "Qarabağ"ın 2-ci qoluna imza atıb.

Digər xəbərlər