“Yuventus”la, “Sevilya” kənarlaşdırıldı - Video

“Yuventus”la, “Sevilya” kənarlaşdırıldı - Video
Futbol, Video
10 Mart 2021 - 01:44
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Supersport.Az xəbər verir ki, ilk matç günündə 2 qarşılaşma keçirilib. "Yuventus" doğma meydanda  "Portu" ilə qarşılaşıb. Bu komandalar arasında ilk oyunda Portuqaliya təmsilçisi 2:1 hesabı ilə qələbə qazanmışdı. İkinci görüşdə "Yuventus" 3:2 hesabı ilə qalib gəlməsinə baxmayaraq, "Portu" səfər qolu sayəsində 1/4 finala yüksəlib.



Digər matçda isə "Sevilya" Dortmund "Borussiya"sının qonağı olub. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Almaniya klubu doğma meydanda  2:2 hesablı heç-heçə edərək 1/4 finala yüksəlib.









9 mart

00:00. "Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
Qollar:
 Oliveyra, 19-pen (0:1), Kyeza, 49 (1:1), 63 (2:1), Oliveyra, 115 (2:2), Rabyo, 117 (3:2)
Qırmızı vərəqə: Mehdi Taremi, 54-iki sarı vərəqə ("Portu")
İlk oyun - 1:2

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2
Qollar: 
Haaland, 35 (1:0), 54-pen (2:0), En-Nesyri, 69-pen (2:1), 90+6 (2:2)
İlk oyun - 3:2

10 mart

00:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
İlk oyun - 2:0

00:00. PSJ (Fransa) - "Barselona" (İspaniya)
İlk oyun - 4:1

Digər xəbərlər