"Zirə" "Neftçi"ni məğlub etdi, "Qarabağ"dan qələbə

"Zirə" "Neftçi"ni məğlub etdi, "Qarabağ"dan qələbə
Futbol
25 Fevral 2021 - 20:25
Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, turun bütün matçları eyni gündə baş tutur.

Tura Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası "Sumqayıt"a qalib gəlib.

Lider “Neftçi” üçüncü sırada yer alan "Zirə"yə məğlub olub.

Autsayderlərin duelində "Keşlə" və "Sabah" komandaları üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib.

Tura "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulub. Ağdam klubu 1 qolla qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

17-ci tur

25 fevral

15:00. “Qəbələ” - “Sumqayıt” 1:0


Qol: Ceyms Adeniyi, 51

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev.

Qəbələ şəhər stadionu.

16:00. “Zirə” – “Neftçi” 1:0


Qol: Davit Volkov, 67

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.

Zirə İdman Kompleksinin stadionu.

17:30. “Sabah” – “Keşlə” 1:1 

Qollar: Fofana Tiemoko 90+1 - Şəhriyar Əliyev 79

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev

Masazır. “Bank Respublika Arena”.

18:30. “Qarabağ” – “Səbail” 1-0 

Qol: Xayme Romero 72

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov

Bakı. “Azersun Arena”.

 









  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Neftçi17103421-1733
2Qarabağ1796239-1333
3Zirə1777323-1828
4Sumqayıt1765620-2123
5Qəbələ1756616-2321
6Səbail1744917-2716
7Keşlə1736816-2615
8Sabah17431017-2415


 



Bombardirlər:

Mahir Emreli ("Qarabağ") - 11 qol
Namiq Ələsgərov ("Neftçi") - 10 qol
Davit Volkov ("Zirə") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol


 

Digər xəbərlər