PSJ 700 min avro cərimələndi

PSJ 700 min avro cərimələndi
Futbol
23 Fevral 2021 - 10:17
Supersport.Az-ın məlumatına görə, Fransada kluba 700 min cərimə kəsilib.

Buna səbəb PSJ-nin 2018-ci ilin yanvar-iyun dönəmində idman geyimlərini aldığı firmalara ödəmələri gecikdirməsidir.

İqtisadiyyat Nazirliyinin Haqsız Rəqabətlə Mübarizə və İstehsalçını Müdafiə Qurumu (DGCCRF) koronavirus pandemiyasından əvvəl ödəməni ləngitdiyi üçün klubun 700 min avro cərimələndiyi haqda məlumat yayıb.

PSJ-nin açıqlamasında cəzaya etiraz edildiyi, ancaq qəbul edilmədiyi bildirilib.

Fransada ödəmələri gecikdirən klub, qurum və şirkətlər 375 min - 2 milyon avro arasında cərimələnir.

Digər xəbərlər