Şəhidlərimiz Avropa Klublar Birliyində anıldı

Şəhidlərimiz Avropa Klublar Birliyində anıldı
Futbol
20 Yanvar 2021 - 20:03

Bu gün Avropa Klublar Birliyi işçi qrupunun iclası keçirilib.


Supersport.Az xəbər verir ki, işçi qrupunun sədr müavini, “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov da toplantıda iştirak edib. İclasın bu gün olması səbəbindən, klubun baş menecerinin təşəbbüsü ilə 20 Yanvar hadisələri haqqında qrup üzvlərinə qısa məlumat verilib və faciə qurbanları iştirakçılar tərəfindən anılıb.

İşçi qrupunda “Barselona”, “Borussiya” (Dortmund), “Bayer”, “Yuventus”, “Real”, “Lester”, “Ayaks”, “Tottenhem”, “Mançester Yunayted” və digər məşhur klubların nümayəndələri təmsil olunurlar.

Digər xəbərlər