"Sumqayıt" növbəti transferini açıqladı

"Sumqayıt" növbəti transferini açıqladı
Futbol
16 Yanvar 2021 - 10:15
Azərbaycan Premyer Liqasının 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Supersport.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2,5 illik müqavilə imzalayıb.

26 yaşlı futbolçu “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev Azərbaycanın U-21 millisinin də (2 oyun) şərəfini qoruyub.

Digər xəbərlər