“Neftçi” qış təlim-məşq toplanışında ilk oyununu keçirib.
Supersport.Az xəbər verir ki, rəqib birinci divizion təmsilçisi “Kəpəz” olub.
“Futbol Mərkəzi”ndə təşkil olunmuş qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 78-ci dəqiqədə çempionatın bombardiri Namiq Ələsgərov vurub. O, ikinci hissədə meydana daxil olaraq, fərqlənməyi bacarıb.
Qarşılaşma həm də “Neftçi”nin qapıçısı Səlahət Ağayevin uzun fasilədən sonra yaşıl meydanlara qayıdışı ilə əlamətdar olub.