“Neftçi”nin əsas komandasının baş meneceri Qədir Həsənov yeni transfer planları barədə danışıb.
Supersport.Az xəbər verir ki, 2018-ci ilin oktyabrından hazırkı vəzifəsində çalışan funksioner əsas diqqəti hücum xəttinə yönəltdiklərini bildirib:
“Demək olar ki, günümüzün 20 saatı hücumçu məsələsinə həsr edilir. Ceyms Adeniyi? Bu oyunçu ilə heç bir rəsmi danışıq olmayıb.
Ümumiyyətlə, hazırda yalnız izləmə mərhələsindəyik. Konkret danışıq apardığımız oyunçu yoxdur”.