“Qarabağ” qış təlim-məşq toplanışına start verib.
Supersport.Az kluba istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan məşqdə yerli futbolçular və əvəzedici heyətin bir neçə üzvü iştirak edib.
İsinmə hərəkətlərinin ardından komanda taktiki çalışmaları yerinə yetirib.
Komandanın koronavirus yoxlamasından keçən bütün futbolçuların testlərinin nəticələri neqativ çıxıb.