“Ukraynada premyer liqa Azərbaycan çempionatından üstündür”

“Ukraynada premyer liqa Azərbaycan çempionatından üstündür”
Futbol
01 Yanvar 2021 - 20:55

Supersport.Az-ın məlumatına görə, 33 yaşlı ukraynalı qolkiper Aleksandr Rıbka Azərbaycan futbolu haqda danışıb.


“Özümü çox yaxşı hiss edirəm. Mən Latviya klubuna keçəndə 6-7 yeni futbolçu gəldi. Komanda son pillədə olsa da, 5-ci sıraya kimi yüksəldik, həmçinin ölkə kubokunu qazanaraq, avrokuboka vəsiqə əldə etdik. İddialı olaraq növbəti çempionatda daha yaxşı mübarizə aparmalıyıq” - deyə, “Liepaya” klubunun qapıçısı bildirib.

Rıbka hesab edir ki, Latviya çempionatı demək olar ki, Azərbaycan premyer liqasına bənzəyir:

“Ukrayna premyer liqasının səviyyəsi isə əlbəttə ki, yüksəkdir. Latviyada 10 komandalı çempionatda ilk 6 komanda seçilir. Stadionumuz çox baxımlıdır. Klub prezidenti futbolu çox sevir, hər zaman məsələləri həll etməyə çalışır. Belaruslu baş məşqçi Dmitri Moloş BATE-nin, həmçinin Rusiya komandalarının formasını geyib”.

”Liepaya”nın üzvü “Səbail”dən ayrılmasının səbəbini açıqlayıb:

 “Səbail”i maliyyə problemi səbəbindən tərk etdim. Mənə borcları qaldı. Ancaq hər şey qaydasına düşməlidir. Söz veriblər ki, borc ödəniləcək”.

Futbolçu koronavirusun sürətlə yayılmasına rəğmən, dayanmaq fikirləri olmadıqlarını söyləyib:

”Yeni çempionat martın 11-də başlayacaq. Karantin zamanı dayanmaq fikrimiz yoxdur. Yanvarın 11-dən başlayaraq 1 ay Türkiyədə hazırlıq keçəcəyik”.

33 yaşlı qolkiper, karyerasını başa vurmağı erkən sayır:

“Karyeramı bitirməyi düşünmürəm. Nə zaman ki, hiss etsəm vaxtdır vidalaşağam. Klubumla daha 2 il müqaviləm var və tam gücümlə çalışacağam” (zbirna.com).

Qeyd edək ki, 6 ildir fəaliyyət göstərən “Liepaya” ölkə çempionu (2015), iki dəfə kubokun (2017, 2020) qalibi olub.

Digər xəbərlər