Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 4-cü oyununda “Sivasspor”la bacarmayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.
“Sivasspor”u təbrik edirəm, qələbəyə layiq oynadı. Məğlubiyyətə təəssüflənir, Sivas klubuna digər oyunlarda uğurlar arzulayıram. Oyunçularım qalib gəlmək üçün hər şeyi etdi, ancaq sonunda uduzduq ki, futbolda bu olur. Bir neçə futbolçumuz sağlam olsaydı, oyunu sürətləndirə bilərdik. Oyunçularım ən doğrusunu etməyə çalışdı”.