Qurban Qurbanov: "Ağdamın artıq qaçqın komandası yoxdur" - Video

Qurban Qurbanov: "Ağdamın artıq qaçqın komandası yoxdur" - Video
Futbol, Eksklüziv, Video
21 Noyabr 2020 - 21:47
"QARABAĞ" "İMARƏT"İN BƏRPASINI GÖZLƏYİR"


Supersport.Az premyer liqanın 10-cu turunda "Sumqayıt"a asan qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Qarabağda düşmən üzərində zəfərlər haqda fikirlərini videogörüntüyə alıb.

Mütəxəssis ordumuzla qürur duyduğunu, Ağdamın artıq qaçqın komandası olmadığını bildirib:

"Xalqımızı təbrik edirəm. Ordumuzun qələbəsini yüksək qiymətləndiririk. Ağdamın artıq qaçqın komandası yoxdur. Allahın izniylə xalqımız daha da birləşəcək".

"Qarabağ"ın çalışdırıcısı "İmarət" stadionunun bərpasını səbirsizliklə gözlədiklərini, Ağdamda böyük qürurla oyun keçirəcəklərini vurğulayıb.

 

Digər xəbərlər