Səfərdə 500-cü qol və üç rekord

Səfərdə 500-cü qol və üç rekord
Futbol
09 Noyabr 2020 - 12:36
“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü səfər qoluna imza atıb.

Supersport.Az PFL-in saytına istinadən xəbər verir ki, qolun müəllifi Filip Ozobiç olub. O, Premyer Liqanın IX turunun “Neftçi” ilə görüşündə hesabı açaraq yubiley topunu vurub. 6:0 hesabı ilə qalib gələn Ağdam klubu bu rəqəmi 505-ə də çatdırıb.
Xorvatiyalı yarımmüdafiəçinin ilk qolu onun Premyer Liqada 30-cu topu olub. “Qarabağ”a qədər “Qəbələ”də də oynamış Ozobiç het-trik edərək bu rəqəmi 32-yə yüksəldib.

Bu qarşılaşma üç rekordla da əlamətdar olub. Birincisi, cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb. İkincisi, “Qarabağ”la “Neftçi” arasında qarşılaşmaların 28 illik tarixində ən böyük fərqli hesab rəsmiləşib. Üçüncüsü, bu, Ağdam klubunun tarixində çempionatdakı ən böyükhesablı səfər qələbəsinin təkrarı olub. Qurban Qurbanovun yetirmələri 2018/19 mövsümündə “Zirə” və “Sumqayıt”, ötən çempionatda isə yenidən “Zirə”ni rəqib meydanında 6 cavabsız qolla üstələyib.

Digər xəbərlər