“Qrupu keçmək çətinləşdi” - Qurban Qurbanov

“Qrupu keçmək çətinləşdi” - Qurban Qurbanov
Futbol
06 Noyabr 2020 - 00:41
"Rəqibi təbrik edirəm. Çox istəkli idik, daha yaxşı oynaya bilərdik. Daha çox topa sahib olmaq istədik. Amma qarşımızda yaxşı müdafiə xətti var idi".

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Türkiyədə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında belə deyib.

O bildirib ki, rəqib sürətli hücuma çıxıb:

"Sivasspor"un qələbəsi üçün sevinirəm, məğlubiyyətimizə görə isə məyusam. Futbolda qalibiyyət də var, məğlubiyyət də... Qrupdan çıxmaq bizim üçün çətinləşdi".

Digər xəbərlər