"Qarabağ" Qarabağda Türkiyə klublarıyla dostluq oyunları keçirəcək" - Video

"Qarabağ" Qarabağda Türkiyə klublarıyla dostluq oyunları keçirəcək" - Video
Futbol, Video
04 Noyabr 2020 - 07:17
Supersport.Az İstanbulda Avropa Liqasanın qrup mərhələsinin ikinci turunda "Vilyarreal"la oyun zamanı "Qarabağ" haqda türkiyəli millət vəkili Şamil Ayrımın fikirlərini videogörüntüyə alıb.


"Qarabağ Azərbaycandır!" deyən 70 yaşlı siyasətçi, qardaş ölkənin klubuyla fəxr etdiyini, Qarabağın işğaldan azad olunacağına inandığını bildirib.6

"Allahın köməyilə Azərbaycan torpaqlarını erməni işğalçılarından azad edəcək. Vaxt gələcək ki, "Qarabağ" Qarabağda "Qalatasaray", "Fənərbağça", "Trabzonspor", "Beşiktaş"la dostluq oyunları keçirəcək".

Qeyd edək ki, Türkiyənin - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olan Ş.Ayrım Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeniylə təltif olunub.
 

 

 

 

Digər xəbərlər