Əfran İsmayılovun yubiley oyunu

Əfran İsmayılovun yubiley oyunu
Futbol
02 Noyabr 2020 - 16:53
Premyer Liqanın VIII turu “Səbail”in futbolçusu Əfran İsmayılov üçün yubileylə əlamətdar olub.

Millimizin sabiq üzvü ölkə çempionatlarında 250-ci matçını keçirib.

Supersport.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçisi “Zirə” ilə səfər qarşılaşmasında (0:0) start heyətində yer alaraq yubileyini gerçəkləşdirib. İsmayılovun hesabında 40 qol var.

Əfranın debütü 2006/07 mövsümündə baş tutub. Həmin vaxt “Qarabağ”ın şərəfini qoruyan yarımmüdafiəçi bu klubda 163 oyunda 22 qol vurub. O, həmçinin “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Keşlə” (25 oyun, 3 qol), “Xəzər Lənkəran” (10 oyun, 1 qol), “Sumqayıt” (20 oyun, 3 qol) və “Səbail”in (5 oyun, 1 qol) formasını geyinib.

Digər xəbərlər