Evdə 700-cü qol

Evdə 700-cü qol
Futbol
02 Noyabr 2020 - 16:42
"Qarabağ” Azərbaycan çempionatlarında 700-cü ev qolunu vurub.

Supersport.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qoluna Bədavi Hüseynov imza atıb.

Təcrübəli müdafiəçi Premyer Liqanın 8-ci turunun “Keşlə” ilə oyununda (6:1) vurulan ikinci qolun müəllifi olub. Bu qarşılaşmayadək hesabında 698 top olan “Qarabağ” öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.

Qeyd edək ki, Ağdam təmsilçisinin ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabad “İnşaatçı”sı ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixinin ilk qolunun müəllifi olub.

Digər xəbərlər